çərşənbə 8 iyul 2026 - 15:52
Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak edən  mərcəyi-təqlidlər, ruhanilər, xüsusilə Tehran və Qum şəhərlərinin sakinlərinə Ayətullah Ərafinin təşəkkürü

Hövzə / Tehran və Qum şəhərlərində keçirilən bu tarixi və misilsiz vida və dəfn mərasimi iman, müqavimət və vəhdətin möhtəşəm zəncirini formalaşdırdı, düşmənlər qarşısında sarsılmaz bir qalxana çevrildi. Bu əzəmətli səhnədən ilham alan Silahlı Qüvvələrin məsul şəxsləri və müqavimət cəbhəsi də təcavüzkarlar və həddini aşan zalımlar qarşısında qətiyyətlə dayanmalıdırlar.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi, şəhid Ayətullah Seyid Əli Xameneinin Tehran və Qum şəhərlərində keçirilən dəfn mərasimində xalqın, mərcəyi-təqlidlərin, ruhanilərin və İran İslam Respublikasının bütün təbəqələrinin əzəmətli iştirakına görə iki ayrı təşəkkür mesajı yayımlayıb. Həmin mesajların mətni aşağıdakı kimidir:

Tehran şəhərinin hörmətli sakinlərinə ünvanlanan təşəkkür mesajı

Bağışlayan və mehriban Allahın adı ilə 

فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا

«Allah malları və canları ilə cihad edənləri oturanlardan bir dərəcə üstün etdi. Allah onların hər birinə gözəl mükafat vəd etmişdir. Allah cihad edənləri oturanlardan böyük mükafatla üstün tutmuşdur.»
(“Nisa” surəsi, 95-ci ayə)

Bəsirətli, inqilabçı və başıuca Tehran xalqı!

İslam İnqilabının paytaxtının qeyrətli və daim meydanda olan gəncləri!

Həzrət İmam Zamana (ə.f) salam və ehtiramımı bildirir, Əhli-beytin (ə) matəm günləri, müdrik və yorulmaz mücahid, şəhid Ayətullah Seyid Əli Xamenei (r) və digər uca məqamlı şəhidlərin şəhadəti münasibətilə başsağlığı verirəm.

İslam dünyasının Ümmül-Qurası adlanan Qum şəhəri, Tehran İslam İnqilabının tarixində ən həssas mərhələlərdən birində bir daha öz tarixi vəzifəsini layiqincə yerinə yetirdi. Siz, əziz Tehran xalqı, Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşinin dəfn mərasimində agahlıqla, misilsiz və vüqarlı iştirak edərək iman və qeyrətdən doğan unudulmaz bir qəhrəmanlıq dastanı yaratdınız.

Tehranın böyüklü-kiçikli, qadınlı-kişili sakinləri, müxtəlif peşə sahibləri, universitet ictimaiyyəti, ziyalılar və möhtərəm ruhanilər milyonlarla insanın iştirakı ilə bu şəhərin küçələrinə axışaraq “ümmət və rəhbərlik” bağının möhkəmliyini bütün dünyaya nümayiş etdirdiniz. İslam İnqilabının uca idealları ilə və həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu davamlı qorusun) başda olmaqla ali rəhbərliklə bir daha beyətinizi təzələdiniz.

İran İslam Respublikasının paytaxtında yaranan bu coşqun insan seli təkcə vilayətə sədaqətin təcəssümü deyil, həm də təcavüzkarların və bu xalqın düşmənlərinin qəlbinə qorxu salan, düşməni sarsıdan gur bir hayqırtı idi. Siz göstərdiniz ki, Tehran hələ də bəsirət və müqavimətin qaynar mərkəzidir və Əhli-beytin (ə), İnqilab rəhbərlərinin və qanı bahasına şəhid olmuş qəhrəmanların yolunun davamında əsla tərəddüd etməyəcək.

Tehrandakı bu möhtəşəm iştirak dünya azadlıqsevərlərinə və müqavimət cəbhəsinə açıq bir mesaj verdi: Şəhidlərin pak qanının intiqamını almaq və təkəbbür qüvvələrinə qarşı dayanmaq yolu əvvəlkindən daha möhkəm iradə ilə davam etdiriləcək.

Mən bu böyük şüur, sədaqət və fədakarlığa görə dərin minnətdarlığımı bildirir, Tehranın və İran İslam Respublikasının digər şəhərlərinin əziz xalqına, hörmətli məsul şəxslərə, xidmət göstərən qüvvələrə, şəhid ailələrinə, fədakarlara, müxtəlif ölkələrdən mərasimə qatılan qonaqlara və bu tarixi qəhrəmanlığın yaranmasında əməyi olan hər kəsə səmimi təşəkkürümü çatdırıram.

Uca Allahdan diləyirəm ki, bu möhtəşəm iştirakınızı axirət azuqəsinə çevirsin, həzrət İmam Zamanın (ə.f) xüsusi inayəti və şəhidlərin pak ruhlarının duası sayəsində İran İslam Respublikasına izzət, ucalıq və davamlı təhlükəsizlik nəsib etsin.

Ümid edirəm ki, bu mənalı iştiraklar və Aşura ab-havası ilə edilən xidmət karvanları davamlı olacaq, xalqımızın anım mərasimlərində, beyətin yenilənməsində və İnqilab ideallarına sədaqətin nümayişində geniş iştirakı cihad və müqavimətin əzəmətini daha da artıracaq və bütün bunlar uca Allahın dərgahında, həzrət İmam Zamanın (ə.f) hüzurunda qəbul olunacaq.

وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ

«Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir.»
(“Ali-İmran” surəsi, 126-cı ayə)

Ölkə üzrə Elmi hövzələrin rektoru 
Əlirza Ərafi

Qum şəhərinin mərcəyi-təqlidləri və dəyərli sakinlərinə ünvanlanan təşəkkür mesajının mətni

Bağışlayan və mehriban Allahın adı ilə 

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

«Allah yolunda öldürülənləri əsla ölü hesab etmə! Xeyr, onlar Rəbbinin yanında diridirlər və ruzilənirlər.»
(“Ali-İmran” surəsi, 169-cu ayə)

Qum şəhərinin hörmətli sakinləri və dəyərli gənclər!

Hörmətli ruhanilər və hövzə alimləri!

İmam Hüseynin (ə) matəm günləri, Şəhid Ayətullah Seyid Əli Xameneinin və uca məqamlı şəhidlərin şəhadəti münasibətilə sizə salam, ehtiram və dərin hüznlə başsağlığı çatdırıram.

 Qum xalqı, min ildən artıqdır ki, müqəddəs İslam bayrağı altında dayanaraq şərəf və iftixar yaratmısınız. Xüsusilə son yüz il ərzində mərcəiyyət və vilayət institutunun yanında dayanaraq dəyərlərə sədaqətinizi, fədakarlığınızı, imanınızı və möhkəm iradənizi nümayiş etdirmisiniz.

Həzrət İmam Xomeyninin (r) hərəkatından sonra altmış ildən artıq müddətdə İslam hərəkatı və İnqilabının ön sıralarında yer alaraq misilsiz fədakarlıq və öncüllük göstərmisiniz.

İndi isə Ayətullah üzma Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) pak cənazəsinin dəfn mərasimində iştirak etməklə və İnqilabın Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) ilə beyətinizi yeniləməklə şərəf dolu tarixinizə daha bir qızıl səhifə əlavə etdiniz.

Qum şəhərindən və ölkənin müxtəlif bölgələrindən gələn xalqın, gənclərin, qadınların, kişilərin, müxtəlif peşə sahiblərinin, tələbələrin, fəzilət sahiblərinin, alimlərin, ağsaqqalların, ali mərcəyi-təqlidlərin, hövzə və universitet elitasının coşqun axını Qum şəhərinin, İslam İnqilabının və Elmi hövzənin tarixində misli görünməmiş Aşura ruhlu möhtəşəm bir qəhrəmanlıq nümunəsi yaratdı və daha bir böyük iftixar qazandırdı.

Möhkəm iradənizə, əzmkarlığınıza, əzəmətli  şəkildə iştirakınıza, birlik yaradan, düşməni sarsıdan və İslamın, İslam İnqilabının müdafiəsini bütün dünyaya hayqıran bu şərəfli mövqeyinizə afərin!

Sizin möhtəşəm iştirakınızın əks-sədası, yaşlısı və gənci ilə xalqınızın yaratdığı bu coşqu, İnqilabın iki böyük Rəhbəriləri İmam Xomeyni (r) və şəhid Ayətullah Xameneinin, uca şəhidlərin yolunun, eləcədə İslamın, İranın və bəşəriyyətin düşmənlərinə qarşı cihad və müqavimət yolunun, həmçinin əziz Şəhid liderimizin, İranın və müqavimət cəbhəsinin məzlum, lakin qüdrətli şəhidlərinin qanının intiqamını almaq yolunun davam edəcəyindən xəbər verir.

Tehran və Qum şəhərlərində baş tutan bu misilsiz və tarixi dəfn mərasimi iman, müqavimət və birlikdən ibarət möhtəşəm bir zəncir formalaşdırdı, düşmənlərin qarşısında möhkəm bir sədd yaratdı. Bu böyük hərəkatdan ilham alan dövlət rəsmiləri, Silahlı Qüvvələr və müqavimət cəbhəsi təcavüzkarlara və həddini aşanlara qarşı qətiyyətlə dayanmalıdırlar.

Mən Qum şəhərinin əziz sakinlərinə, hörmətli məsul şəxslərə, bu misli gönrünməmiş mərasimin təşkilatçılarına, dəstək verənlərə, iştirakçılara, ölkənin və dünyanın müxtəlif yerlərindən gələn qonaqlara, həmçinin möhtərəm alimlərə, hövzə əhlinə, tələbə və fəzilət sahiblərinə, xüsusilə həzrət Ayətullah üzma Cavadi Amuli və Həzrət Ayətullah üzma Sübhaniyə (Allah onları qorusun) dərin təşəkkürümü bildirirəm.

Ümidvaram ki, bu küçə yürüşləri və mənəviyyat dolu xidmət karvanları davam edəcək, əziz xalqımızın anım mərasimlərində, dua məclislərində, əhdin və beyətin yenilənməsində fəal iştirakı cihadın, müqavimətin və xalqın möhtəşəm varlığının əzəmətini daha da artıracaq. Uca Allahın dərgahında, həzrət İmam Zamanın (ə.f) hüzurunda və həzrət Məsumənin (s.ə) nəzərində bu xidmətlərin lütf və inayətə layiq olmasını diləyirəm.

﴿وَمَا النَّصْرُ إِلَّا مِنْ عِندِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ﴾

«Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir.»
(“Ali-İmran” surəsi, 126-cı ayə)

Ölkə üzrə Elmi hövzələrin rektoru 
Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha